DTX BEYLƏQANDA ƏMƏLİYYAT KEÇİRİB - İdarə rəisi də saxlanıldı (YENİLƏNİB)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat zamanı daha bir nəfər saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi Ayxan Səfərov da saxlanılıb.

Xatırladaq ki, bu gün DTX-nin keçirdiyi əməliyyat nəticəsində İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqanda keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

***

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqan rayonunda əməliyyat keçirir.

"Bakupost.az" xəbər verir ki, əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

Dəyanət Atakişiyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

635x100

Şərhlər

Miri-yə 2022-11-17 08:28:32

Doğru rəydir.Nədənsə DTK ikinci şəxsdən yuxarı gedə bilmir.Bunun səbəbi aydın deyil.Axı Nazirlikdə və idarələrdə bütün məsələlər birinci şəxsin göstərişi və icazəsi ilə həll olunurr.İşə qəbul da.rüşvət də.yeyintilər də,büdcə və sair məsələlər birinci şəxsin ciddi nəzarətindədir.Belə idarəçilik sxemində niyə birincilər kənarda .toxunulmaz qalır.Bunun səbəbi qaranlıq deyilmi?

Dövlətini sevən 2022-11-16 22:20:12

DTX xahiş edirik yolunuzu Şəkiyə salın...... Xüsusilə Şəki Kommunal Təsərrüfat İdarəsi cəlb olunsa çox mətləblərin üstü açılar ???

miri 2022-11-16 13:11:27

Kicik bir məmuru (rayon arxiv şöbəsi işçisi) tutuqlamaq üçün bu cür dövlət əhəmiyyətli elmi və güc strukturunu bu işə cəlb etmək nə deməkdir? Rayon polis şöbəsinin 2 polis nəfəri bu işə bəs edərdi.

Son yazılar