Menu

Adnan Oktara 8658 il həbs cəzası verildi

16.11.2022, 17:29
Adnan Oktara 8658 il həbs cəzası verildi

Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib.

Onun barəsində “təşkilata rəhbərlik”, “FETÖ silahlı terror təşkilatına yardım”, “siyasi və ya hərbi casusluğa cəhd”, “işgəncə”, “azadlıqdan məhrumetmə”, “birdən çox şəxslə yetkinlik yaşına çatmayana qarşı bir neçə dəfə cinsi əlaqədə olma”, “seksual zorakılığa məruz qoyma” və sairə maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib.

Məhkəmə Adnan Oktarı “terror təşkilatına rəhbərlik etmək”, “seksual zorakılıq”, “təhsil hüququna mane olmaq”, “işgəncə vermək”, “şəxsi azadlıqdan məhrumetmə” və “şəxsi məlumatların qeydə alınması” ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılıb və ümumilikdə 8 658 il azadlıqdan məhrum edilib.(Mənbə: DHA)

Şərhlər

M 2022-11-17 08:28:47

ALLAH agil paylayada bu fars və frto köpəkləri harda idilə? İranın itidi bu da, fars fahişəsinə oxşayır

İsmayıl 2022-11-16 18:24:04

Heç nə,cəzasını çəkib çıxacaq da. Ömürlük verməyiblər ki !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol