Menu

"Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb" - ABŞ-ın dövlət katibi

16.11.2022, 19:20
"Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb" - ABŞ-ın dövlət katibi

ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.

Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol