Menu

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

16.11.2022, 20:34
Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikilib istifadəyə veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Olimpiya İdman Komplekslərinin tikintisi 2023-cü il, universal idman zallarının inşası isə 2024-cü ildə başlayacaq.

Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.

İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Şərhlər

Vətəndaş 2022-11-17 10:42:33

Bir çox şəhər və rayonlarda bu qədər idman kompleksl'əi tikilib/Onların istifad'əinin nə halda təşkili ilə maraqlnan varmı? Oralarda bir neçə pullu m'əqlərdən başqa nə var ki?Çoxunun isə qapıları bağlı.Öncə hazırlarının normal istifadəsini təşkil edin.sonra yenilərini düşünün.Vəsaitləri belə məsrəf etmək doğru sayılmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol