Menu

Bayden Zelenski ilə razı deyil – Polşaya atılan raketlərlə bağlı fikir ayrılığı var

17.11.2022, 11:53
Bayden Zelenski ilə razı deyil – Polşaya atılan raketlərlə bağlı fikir ayrılığı var

Ukraynaya qarşı son kütləvi raket hücumu zamanı Polşaya endirilən iki raket zərbəsi ilə bağlı gərginlik davam edir.

“AzPolitika.info” xəbər verir ki, “Sky News” bu hadisə ilə bağlı ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında fikir ayrılığı olduğuna dair məlumat yayıb. Belə ki, Bayden Zelenskinin Polşaya atılan raketlərin Ukraynaya aidiyyatı olmadığına dair açıqlaması ilə razı olmadığını bildirib. Bayden deyib ki, həmin raketlərin trayektoriyası onların Rusiyadan atılmadığı qənaəti yaradır. Zelenskinin bu raketlərin Ukraynaya aid olmadığına dair iddiasına gəlincə, bununla bağlı suala Bayden belə cavab verib: “Bu, sübut olunmayıb”.

Bununla yanaşı, Ağ Ev və bir çox Qərb liderləri bəyan ediblər ki, Polşaya atılan raketlərin kimə aid olmasından asılı olmayaraq, bu hadisənin yeganə səbəbi Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsidir və deməli, günahkar da Rusiyadır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol