MİNİMUM ƏMƏKHAQQI 500 MANAT OLA BİLƏRMİ? – “Deputatlar tez-tez bu cür populist təkliflərlə çıxış edirlər...”

Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında minimum əməkhaqqının 500 manata çatdırılması təklif edilib. Bu təklif qiymətlərin yüksəlməsi ilə izah olunub.

Milli Məclisdə zaman-zaman minimum əməkhaqqının artırılmasıyla bağlı bu cür qulağa xoş gələn təkliflər səsləndirilsə də, nəticə həmişə fərqli olub. Sonuncu belə təklif yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda səsləndirilmişdi. Həmin vaxt hökumət və parlamentdə bu təklifə o qədər də müsbət yanaşmamışdılar. 

Məlumat üçün qeyd edək ki, ölkədə minimum əməkhaqqı 2019-cu ildə 180 manatdan 250 manata, 2022-ci ildə isə 250 manatdan 300 manata qaldırılıb. Açıqlanan məlumatlara əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi inflyasiya 13,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 19,3 faiz olub. Ancaq müstəqil ekspertlər ölkədə inflyasiyanın qat-qat bundan artıq olduğunu dilə gətirirlər. Rəsmi məlumatda isə deyilir ki, yüksək inflyasiya fonunda əhalinin gəlirləri 20,2 faiz artıb. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 825,3 manat təşkil edib.

Cari ilin iyun ayına olan statistikaya əsasən, Azərbaycan iqtisadiyyatında əmək müqaviləsi ilə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud 1,7 faiz artaraq 1 milyon 706 min nəfərə çatıb. Onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, əmək müqaviləsi ilə çalışanların orta aylıq maaşı təxminən 405 manatdır. Təkcə bu göstərici onu deməyə əsas verir ki, ölkədə maaşlar olduqca aşağıdır. 405 manat və daha aşağı məbləğdə maaş alanların sayı isə təxminən 850 min nəfərdir...

Qeyd olunur ki, cari il üzrə əməyin ödənişi xərclərinin 8 milyard 59 milyon manat olacağı gözlənilir. 2023-cü ilin dövlət büdcəsində isə əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 479 milyon manat (5,2 faiz artım-red.) olacağı proqnozlaşdırılır. Növbəti il üçün inflyasiya göstəricisinin 6,9 faiz olacağının proqnozlaşdırıldığını və artımın inflyasiya təzyiqinə əsaslandığını nəzərə alanda əməkhaqlarının müəyyən sahələr üzrə 10 faizə qədər artacağını təxmin etmək olar.

Ölkədə yüksək inflyasiya fonunda, minumum əməkhaqqının 500 manata çatdırılması əhalinin güzəranına müsbət təsir edə bilərmi?

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində qeyd edib ki, deputatlar tez-tez bu cür populist təkliflərlə çıxış edir: “Təbii ki, minimum əməkhaqqının artırılması yaxşı bir haldır. Daha çox artırmaq isə ondan da yaxşıdır. Məsələn, 500 manatdansa, 700 manat olması daha yaxşı bir təklifdir. Onda gərək  500 manat əvəzinə 700 manat deyərdilər. Onda daha yaxşı olardı və insanlar da daha çox “bravo!” deyərdilər... Bunları bir kənara qoyub, sözügedən mövzu ətrafında daha ciddi düşünmək lazımdır. Öncə onu qeyd edək ki, minimum əməkhaqqı ölkədə gündəlik 8 saat olmaqla, 5 gün ərzində işçiyə ödənilən minimum məbləğdir. Yəni, dövlət və özəl sektorda çalışmasından asılı olmayaraq, həmin işçilərə minimum əməkhaqqından aşağı bir ödəniş verilə bilməz”.

Ekspert qeyd edir ki, az maaş alan insanların inflyasiya dövründə əməkhaqqlarının artırılması arzuolunandır: “İstənilən insan bu artıma müsbət baxır. Həmçinin minimum əməkhaqqının artırılması həm də iqtisadiyyatdakı şəffaf mühitə müsbət təsir göstərir. Məsələn, faktiki olaraq minimum əməkhaqqından aşağı maaş təyin oluna bilmədiyindən, gizli paket şəklində verilən əməkhaqqlarının səviyyəsi də aşağı düşmüş olur. Amma burada bir sıra problemlər var. Problem ondan ibarətdir ki, minimum əməkhaqqı sadəcə deputat istədi deyə artırıla bilməz. Burada ciddi hesablamalara ehtiyac var. Çünki bu qərar əsasında həm də dövlət və özəl sektor üçün minimum standartlar müəyyənləşir, özəl sektorun xərcləri və ödənilən vergilərin həcmi artır. Həmçinin minimum əməkhaqqının 500 manat olması, mağazalardakı ərzaq qiymətlərinə də müəyyən qədər mənfi təsir göstərə bilər”.

İqtisadçı bildirir ki, minimum əməkhaqqının birdən-birə bu qədər artırılması iqtisadiyyatda bir sıra problemlərə səbəb ola bilər: “Hazırda 500 manat maaşla bir ailənin normal dolanışığını təmin etmək mümkün deyil. Bu, olduqca aşağı bir məbləğdir. Ancaq minimum əməkhaqqının birdən-birə 300 manatdan 500 manata (67 faiz artım-red.) artırmaq ölkədə inflyasiya proseslərinə mənfi təsir göstərə bilər. Bu məsələyə orta aylıq əməkhaqqının artım faizinə uyğun və ya ölkədəki ərzaq inflyasiyası əsasında baxıla bilər. Tutaq ki, 20-25 faiz ərzaq inflyasiyası varsa, ona uyğun tədricən artımlar olmalıdır ki, cəmiyyət və biznes strukturları buna adaptasiya olsunlar. Bu səbəbdən də, mən təklifin əksinə olaraq, minimum əməkhaqqının tədricən artırılmasının tərəfdarıyam”.

Digər ölkələrdə vəziyyət necədir?

Beynəlxalq Əmək Təşkilatı (BƏT) minimum əməkhaqqının müəyyən edilməsi zamanı mütəmadi olaraq məlumatların toplanmasının vacibliyini qeyd edir. BƏT-ə görə, minimum əməkhaqqının müəyyən edilməsində altı meyar üzrə toplanmış statistik məlumatlar üzrə təyin olunmalıdır: 

1. İşçilərin və onların ailələrinin ehtiyacları;

2. Ölkədə əmək haqqının ümumi səviyyəsi;

3. Yaşayış şəraiti;

4. Sosial təminat şərtləri;

5. Digər sosial qruplarla müqayisədə yaşayış şəraiti;

6. Artım, məhsuldarlıq və məşğulluq kimi iqtisadi amillər.

Bəzi ölkələrdə - ABŞ, Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya, İsveç və s. minimum əməkhaqqı yoxdur. Bu ölkələrdə minimum əməkhaqqı işçinin çalışdığı müddət əsasında hesablanır. Məsələn, ABŞ-da minimum əməkhaqqı olaraq saat başına 7,25 dollar (12 manat 33 qəpik) qazanmaq mümkündür. Bu hesabla iş saatından asılı olaraq minimum əməkhaqqı 1200-2400 dollar arasında dəyişir. 

Digər ölkələrdə olan minimum əməkhaqqı məbləğinə dair internet resusrlarından əldə etdiyimiz son məlumatları təqdim edirik:

Lüksemburq - 4088 manat

Belçika - 3256 manat

İrlandiya - 3102 manat

Hollandiya - 3104 manat

Almaniya - 3083 manat

Fransa - 2909 manat

Yunanıstan - 1470 manat

Portuqaliya - 1454 manat

Polşa - 1134 manat

Xorvatiya - 1099 manat

Rumıniya - 912 manat

Macarıstan - 890 manat

Serbiya - 710 manat

Bolqarıstan - 641 manat

Türkiyə - 502 manat

Ukrayna - 419 manat

Gürcüstan - 401 manat

Rusiya - 390 manat

Ermənistan - 292 manat.

E.Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Osman 2022-11-19 20:05:36

Bu şərhləriParlamentə ə'qdim etm'ə vacibdir/. Bəlkə bəzi deputatların vicdanı ayıldı millətin vəziyyəti yadlarna düşüb deputat olduqlarını anlaya boldilər.Deputatın işi özünə maaş artırmaqdan ibarət deyil!

Heydər 2022-11-19 16:11:38

Əgər neft və qaz,faydalı qazıntılardan mədaxil büdcəyə daxil olsa o zaman minimum əmək haqqı 1000 manat və yuxarı da ola bilər.İnamayan hesablasın.

Vətəndaş 2022-11-19 16:05:31

Bu yazıda şərh olunan digər ölkələrdə minimum əmək haqqı cəsvəlinə baxan.ondan xəbəri olan deputatlarda utanc hissi olsa bir az düçünər və ağılsız qərarlara səs verməzlər.Ancaq.xalqdan eçilmədikləri bəlli "deputatcıqlar" bunu anlamazlar.Onlar 10 000 manat maaş,iclaslarda gəlməmə və ya yatma,.nə qabağına qoyulsa imzalamaq tapşırığını yerinə yetirmək üçün siyahiyə yazılıblar.Onlar millət nümayəndəsi yox,buyeuq qullarıdırlar.Ona gərə millət belə acınacaqlı gündədir.

qaraguruh 2022-11-19 13:23:09

Vahid. m cox yaxşı adamdı-təcrübəli dövlət adamı--ona populis deyən uşaq hələ bir təcrübə qazan sonra yekə-yekə danışarsan

Mühəndiis və aqrotex mövqeyi 2022-11-19 12:01:05

Ölkəmizdə demək olar ki, heç bir önəmli daxili və qlobal zəruriyyət kəsb edən yeni iqtisadiyyat və vacib məhsul istehsalatları yoxdur? Bər-bəzək bol, xaricdən daşınan lüzumsuz malların zərərləri daha çox ?

Isi 2022-11-19 11:52:11

Vahid müəllim xalğın içində tez-tez olur, dərdindən xəbərdardi. Sənin kimi ekspertlərin işi gücü və bacardığı tək iş duz danışanları qaralamaqdı.

Rasim Quliyev 2022-11-18 23:19:54

Deputat deyir belə ondansa dövlət sektorunda işləyənlərdən vergi tutulmasın .bax bu daha yaxşı olar .Bütün hər yeri nağdsız ödəniş etmək lazımdır.Binaya baxırsan adam yoxdur amma hsçdı alınıb.500 emek haqqı ilə ev aımaq olar.

Kolxozdar 2022-11-18 22:32:35

İqtisadiyyatımızda elə dəyərli məhsullar yoxdur ki, yüksək qazanc-maaş versin? AzSSR dövründəki dəyərli işlərimiz də Beynəlxalq şirkətlərə verilib? Turizm sənayesinə qulluq edən də bir qarın çorək qazanan xidmətçi səviyyəsində yaşar. Nefti qazancımızdan çıxsaq biz Ermənistandan belə çox geriyik, yəni daha pis-passiv işləyirik???

Eldəniz 2022-11-18 19:13:31

Vahid Əhmədov henise xalqın dərdini deyib ..

TARIX 2022-11-18 10:57:11

NALA MIXA COX VURDUN.MONOPOLİYA LƏĞV OLUNMALI,YENİ İSEHSAL SAHƏLƏRİ YARADILMALI,İQTİSADİ İNKİŞAFA MANE OLAN SƏBƏBLƏR ARADAN QALDIRILMALIDIR.

Səid 2022-11-18 10:53:16

Əziz "ekspert", heç bir hesablamaya ehtiyac yoxdur. Bütün dövlət qurumlarının alış və tenderlərindəki şişirdilmiş qiymətlər aşağı salınsa, büdcədən artıq alınıb silinən pullar hesablanması minimum əmək haqqı 500 də olar, 700 də. Sadəcə şəffaflıq lazımdır!!!

Əhliiman 2022-11-18 10:38:27

Yalan r'əqəmlərlə manipulyasiya edib əhalinin güzəranını diqqət almayan parlamentdən millətin gözləyəyəci heç nə görünmür.Guya ərzaq mallarının qiymətinin il ərzində 13 faiz artımı olub? Götürün ətin,yağın,smetanın ,şəkərin,düyünün 2022-ci ilin yanvar ayına olan qiymətlərini bu gün marketlərdəki qiymətlərlə müqayisə edin.Görərsiniz ki,artım 45-60 faizə çatır.Bəs belə halda bu tərkibdə olan parlamentdən xalqın gözləntisinin necə olmacağı heç kimi düşündürmür? Elə Vahid müəllimin dediklərinə mız qoymaqla iş bitir?

Azər 2022-11-18 10:27:52

Pensiya islahatı olmalıdır çox iş stajı olanlar fərqlənməlidir pensiya yaşını aşağı salabilmirsizsə onda heç olmasa 40 il və daha çox olanlar 5 il tez çıxa bilməlidirlər Bu daha ədalətli olar

Vetendaş 2022-11-18 10:25:15

Bu ekspert belə danışmaqla hökumətdən vəzifə tutmaq istəyir, 1 dənə kişi-əsil xalqın vəkili olan Vahid müəllim i baltalamaqla əlini milyardlara çatdırmaq istəyir. Hökumətdə , parlamentdə xalqa xidmət edən 2,3 adam var qalanı arasında bu ekspert kimi millətini sevən yoxdur,

Azər 2022-11-18 10:24:10

Vahid müəllim ondansa minumum əmək haqqından vergi tutulması Bu daha effektli və realdır Deputatların və məmurların maaşı minimum əmək haqqına bağı olmalıdır Keçən dəfə deputatlar maaşlarını qaldırdılar və hədd qoyulmalıdır ki minumum əmək haqqının 10 mislindən çox ola bilməz onda onlar məcbur olub minumum əmək haqqını artirarlar

Son yazılar