Menu

Pensiyaçıların sayı 61,8 min nəfər azalıb

18.11.2022, 11:02
Pensiyaçıların sayı 61,8 min nəfər azalıb

Rəsmi hesabata görə, 2022-ci il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 138,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Novator.az bildirir ki, bu, ilin əvvəli ilə müqayisədə 61,8 min nəfər azdır. Yanvarın 1-nə 1 milyon 200,5 min pensiyaçı vardı.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.

Əmək pensiyasının minimum məbləği 240 manatdır. Orta məbləğ 370,6 manat göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol