Menu

Bakıda mənzilə qumbara və qərənfil qoyan 19 yaşlı gənc saxlanılıb

18.11.2022, 11:15
Bakıda mənzilə qumbara və qərənfil qoyan 19 yaşlı gənc saxlanılıb

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.

Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol