Menu

"İranın təzyiqi ilə xarici ölkələrə yayılan güneylilərin Azərbaycana gəlməsi təmin edilməlidir" - Deputat

18.11.2022, 11:50
"İranın təzyiqi ilə xarici ölkələrə yayılan güneylilərin Azərbaycana gəlməsi təmin edilməlidir" - Deputat

“Bu gün uşaq pulu məsələsi çox aktualdır. Biz bunu desək də deməsək də belədir”.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ünvanlı sosial yardım uşaq puluna tranfer edilməlidir: “Ünvanlı sosial yardım vəsaiti uşaq pulu kimi verilsin, bu məsələyə də birdəfəlik son qoyulsun”.

Deputat qeyd edib ki, xaricdə yaşayan güneyli soydaşlarımızdan müraciətlər alırlar: “Onlar zamanında İranın repressiyasına məruz qalaraq xaricdə yaşamağa məcbur olublar və Azərbaycana gəlmək istəyirlər. Vaxtilə İranın təzyiqi ilə xarici ölkələrə yayılan güneylilərin Azərbaycana gəlişi təmin edilməlidir”.

Şərhlər

dadaşyev 2022-11-18 14:17:47

Bəli.Güneyli qardaşlarımızı Azərbaycana gətirməliyik.Onlardan hətta özəl komando birlikləri də yarada bilərik İrana qarşı.Və yaratmalıyıq da.Üstəlik bunu İrandan gizli yox,tamamən açıq-aşkar şəkildə etməliyik.İran bizə düşməndirsə biz də ona düşmən olmalıyıq.O necə,biz də eləcə.Düşmənin buynuzu olmur ki.Öskürənin yanında su içməsən deyər Göte yox imiş dünyada.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol