KREMLİN QARABAĞDA YENİ MƏKİRLİ PLANLARI... – Vardanyan üzərindən hansı oyun hazırlanır?

"Rusiyadan, Fransadan aldığı dəstəkdən sonra Nikol Paşinyanın daha ürəkli danışması göstərir ki, sülh məsələsi arxa plandadır. Paşinyan artıq müqavilədən yox, Rusiya variantı olan “çərçivə sazişi”ndən danışır. Çərçivə sazişi isə sülh müqaviləsi deyil, bu istiqamətdə əməkdaşlığın necə baş tutacağına dair tərəflərin razılığını müəyyən edən sənəddir. Çərçivə sazişinin şərtləri yekun və detallı deyil...

“AzPolitika.info” xəbər verir ki, bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış son durumu şərh edərkən bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistanın ikili mövqeyindən ciddi narazılığını ifadə edib.

Prezident Rusiyanın prosesə neqativ müdaxiləsindən də danışıb:“Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.

Prezident bəyan edib ki, Ermənistan və onların havadarları Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq.

“Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib", - İlham Əliyev vurğulayıb.

İlham İsmayıl da separatçı rejimin Rusiyanın dəstəyi ilə Qarabağda yeni addımlar atmaq niyyətindən bəhs edib: Məlum olur ki, separatçı rejim nəzarət etdikləri ərazidə saxta“referendum” keçirib “idarəetmə sistemini” dəyişməyi planlaşdırırlar. “Referendumun” gələn ilin yazında keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, qərara alınıb ki, bu ilin dekabrın 20-22-də bu iş həyata keçirilsin. Məqsəd, qondarma “prezident idarəetmə sistemini” ləğv edib, “fövqəladə şura” yaratmaq və Rusiya tərəfindən göndərilmiş, öyrədilmiş ünsür Ruben Vardanyanı da “fövqəladə şuranın”“sədri” təyin etməkdir. Belə olan halda qondarma rejimin “parlamenti” də fəaliyyətini dayandırır və bütün “hakimiyyət” Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni, münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq. Müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun “seçki”, “referendum” yolu ilə dəyişdirilməsinin 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik”.

Xatırladaq ki, Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdə Ermənistana açıq xəbərdarlıq edib.

“Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır", - Prezident vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2022-11-19 18:40:25

Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti unitar respublikadır. 30 il ərzində paramparça olmuş dövlətimiz Allaha şükürlər olsun şəhidlərimizin qanı, qaizlərimizin sağlamlığı, möhtəşəm Silahlı Qüvvələrimizin rəşadəti hesabına qismən də olsun ölkəmizin yaralanmış əzalarını özünə qaytardı. Ana Yasamıza müraciət etsək belə bir maddə ilə də üz-üzə gələ bilərik. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onların qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Əlavə şərhə ehtiyac yoxdur. Biz unitasr, suveren dövlətiksə hansısa sülhməramsızların mənim ərazimdə nə ölümü var? 44 günlük müharibənin nəticəsi kimi bu addımı atmağa məcbur idik, bu bir məcburi siyasi addım idi. Rusiya tərəfi və ermənilər anlamalıdırlar ki, Azərbaycanı Kosovo ilə eyniləşdirmək olmaz. Dağlı Qarabağ məsələsi bolşeviklərin savadsız, olmayan başları ilə başmıza ağrı gətirən bir layihə idi. Bu gün bunları erməni tərəfi də başa düşür, amma kor yapışdığını buraxmır ki, buraxmır. Bu “ağıllı” millət dəqiq anlayır ki, qatar artıq gedib, hazırda onun arxasınca baxırlar, lakin bu tutulduqları nə azardır ki, ondan əl çəkə bilmirlər. Bu 30 ildə o qədər qrant, yardımlar alıblar ki, hazırda onun bədəlini qaytara bilmirlər. Sadəcə olaraq bu xalqın düşünən materialı xarabdır. Artıq neçə əsrdir ki, Ruysiya bir imperiya olaraq Azərbaycandan əl çəkmir, necə deyərlər ayı motaldan əl çəkdir, motal ayıdan əl çəkə bilmir. Hazırda erməni əsilli (YOUTUBE-a daxil olub baxmaq olar) Mişustunin Azərbaycana səfəri səbəbsiz deyil. Bu səfər növbəti təxribata hazırlıq yaradır. Hər halda biz buna hazır olmalıyıq, əlimiz tətikdə olmalıdır. Gümanlarıma görə Xankəndində yaşayan ermənilərin ən azından 20-30 faizi Azərbaycan qanunlarına tabe olmaq arzusundadır, sadəcə olaraq erməni cəlladlarının əlində bir alətə çevrikiblər. Ölkə başçısı da bunu çıxışında qeyd edib.İş görün nə yerə çatır ki, oktyabr ayının 3-də “Artsax Respublikasının Prezidenti Arayik Arutyunyan Artsax Respublikasının Milli Assambleyasında təmsil olunan siyasi qüvvələrin təklifini qəbul edərək, bir sıra yüksək səviyyəli rəsmilərin, bütün parlament qüvvələrinin nümayəndələri və Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının rəhbərinin iştirakı ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını çağırdmışdır”. İnternetə daxil olub bu məlumatla geniş tanış ola bilərsiniz. Bu iclasda qəbul edilmiş qərarda iki bəndi nəzərinizə çatdırmaq istərdim “Bildiririk ki, 2020-ci ildə Türkiyə-Azərbaycan təcavüzü, eləcə də ondan sonra baş vermiş və iki ildir davam edən hərbi-siyasi vəziyyətin inkişafı nəticəsində faktiki olaraq elə bir vəziyyət yaranıb ki, Azərbaycan öz qeyd-şərtsiz dəstəyi ilə Türkiyənin təsirli rıçaqlarını əldə edib və maksimalist iddialarını təmin etmək üçün onları aqressiv şəkildə tətbiq edir. Azərbaycanın hərəkətləri ardıcıl güc tətbiqi və güc tətbiq etmə hədəsi, dövlətin ermənilərə qarşı mənfur siyasətinin artan təzahürləri və beynəlxalq hüququn fundamental normalarının digər kobud şəkildə pozulması ilə müşayiət olunur. Azərbaycan bütün rıçaqlardan istifadə edərək Ermənistan Respublikasına qarşı təkcə diktə və təzyiq mövqeyini deyil, həm də Qarabağ münaqişəsinin həlli üçün hər hansı səy və formatın uğursuzluğa düçar olmasını təmin etməyə çalışır, problemin artıq hərbi yolla həll olunduğunu bəyan edir deməkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və digər beynəlxalq aktorlar müxtəlif ifadələrlə münaqişənin mövcudluğunu və onun hərtərəfli həllinin zəruriliyini bir daha təsdiqlədilər.” Daha sonra, “Artsax Respublikasının mövqeyi həmişə aydın olub və odur ki, Qarabağ münaqişəsi Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və qeyd-şərtsiz tanınması və həyata keçirilməsinin nəticələri əsasında həll edilməlidir. Danılmaz faktdır ki, 1991-ci ildə Artsax xalqı beynəlxalq hüquq normalarına və SSRİ qanunvericiliyinə uyğun olaraq öz müqəddəratını təyin etmək hüququndan istifadə edib və Artsax heç vaxt Azərbaycanın tərkibində olmayıb. Üstəlik, Artsax Respublikasının beynəlxalq səviyyədə tanınmaması Artsax xalqının təbii hüquqlarının olmaması və Artsax Respublikasının mövcudluğu faktı demək deyil. Bütün çətinliklərə və çağırışlara baxmayaraq, biz bundan sonra da öz taleyimizi müstəqil şəkildə müəyyənləşdirmək və ona doğma vətənimizdə nəzarət etmək üçün seçdiyimiz yolla getməyə davam edəcəyik.”. Qısa və konkret. Bu materialla tanış olmaq üçün bu linkə (https://armenpress.am/rus/news/1093995.html) daxil olub tanış ola nbilərsiniz. Odur ki, Xankəndi və ətraf rayonlarla bağlı aidiyyəti qurumlarımız qabaqlayıcı tədbirləri görməlidir. Ölünü öz başına buraxsan çox oyunlardan çıxar.

Mubariz 2022-11-18 13:24:53

Bu vaxtacan Vardanyan haqqında ancaq müstəqil insanlar danışırdı ,hamının fikridə bir idi ,bu dığanı ruslar bizim başımıza bəla gətirib ,onu bura göndərəndə niyə XİN -yatdı ,qorxusundan səsini çıxarmadı ,Rusiya vətəndaşının gəlib Azərbaycanda at oynatmağını örmədi? Deməli ölkə başçısı işlərin pisliyə doğru getməsindən narahatlığını məcburən dilə gətirdi , AzTv söz sizdədir

Son yazılar