Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün vasitəçilik etmək istəyənlərin sırası durmadan genişlənir.
“AzPolitika.info” xəbər verir ki, “La Stampa”-ya müsahibə verən Papa Fransisk Vatikanın Ukrayna ilə Rusiya arasında vasitəçiliyə hazır olduğunu bildirib.
Bundan öncə Ukraynadakı savaşla bağlı birmənalı qarşılanmayan açıqlamalar verən Fransisk bu dəfə gerçək sülhün əldə olunmasının vacibliyini qeyd edib: “İlk olaraq, özümüzdən başlamaqla ürəkləri demilitarizasiya etməliyik. Pasifist olmalıyıq. Sülh istəməliyik, yenidən silahlanmaq üçün atəşkəs yox! Dialoqun nəticəsi olan gerçək sülhə çalışmalıyıq”.
Qeyd edək ki, hələ yayda Roma Papası birbaşa Rusiyanı ittiham etməkdən yayınaraq, onu “kimlərinsə müharibəyə təhrik etdiyini” bildirmişdi. Noyabrın əvvəllərində isə Papa demişdi ki, rusiyalıların Ukraynadakı müharibədə göstərdiyi qəddarlıq rus xalqına aid xüsusiyyət deyil...
Qeyd edək ki, bu gün Fransa Prezidenti Emmanuel Makron sensansiyalı sayılacaq açıqlama ilə çıxış edib. O, deyib ki, Rusiya ilə Ukrayna arasında Çinin vasitəçiliyi ilə danışıqlar başlayacaq: “Yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlayacağını gözləyirəm. Noyabrın 15-16-da Balidə keçirilən G20 sammitindən sonra dünya liderləri danışıqlarda Çin lideri Si Cinpinin rolunu başa düşüblər".
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Türklərin, bəlkə də Papa qədər əclaf düşməni yoxdur.