Menu

Allahşükür Paşazadədən İranla bağlı daha bir sərt AÇIQLAMA - VİDEO

18.11.2022, 22:06
Allahşükür Paşazadədən İranla bağlı daha bir sərt AÇIQLAMA - VİDEO

“Tarix heç vaxt unudulmur. Bu gün qonşumuzun və ya sapı özümüzdən olan baltaların bizə qılınc çəkməsi də tarixə düşür. İrandakı bəzi qardaşlarımız. Amma dırnaqarası qardaşlarımız və yaxud sapı özümüzdən olan baltalar. Bu gün onların düşmənimizlə dostluq etmələrini qəbul edə bilmərik”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş din xadimlərinin təltif olunması mərasimində deyib.

Allahşükür Paşazadə deyib ki, İranın son vaxtlar atdığı addımlar bütün müsəlmanlar üçün gözlənilməz olub.

Şeyxin sözlərinə görə, İranda əleyhimizə danışanlar dini siyasətə alət edirlər və dedikləri hər sözdə, atdıqları hər addımda dindən sui-istifadə edirlər.

Allahşükür Paşazadə bildirib ki, ermənilərin Zəncan, Ərdəbil, Təbriz və Urmiyada törətdikləri qətliamları İran unutmamalıdır.

Şərhlər

Roma 2022-11-19 10:19:54

Şeyx Həzrətləri bir neçə ay bundan qabaq qələbəmizdə İranın "FƏTVA"sından danışırdın, hansı ki, İran bizim qələbəmizi az qala batıracaqdı, belə ki, Cəbrayıl-Zəngilan istiqamətində ordumuzun irəliləməsini xeyli ləngitdi və erməniyə silahlanmaq və müqavimət göstərmək üçün şans verdi, onlara silah-sursat da ötürdü. İndi asqırıb ayılmısan, bunun da səbəbi, millət sənin qoparağını götürəndə çarəsizlikdən canını dişinə tutub İranın namərdliyindən qorxa-qorxa yumşaq formada necə deyərlər, "çuxa altından ala çıxardırsan"...

TT 2022-11-19 08:41:13

Fikr verin ,deyirki ( biz shiyelerin ) demirha biz Azerbaycanlilarin !!! Bildizdeee Bilesiz !!

EE 2022-11-19 08:38:06

Aha ) adama veh qelmish

Mubariz 2022-11-18 22:57:53

Vicdanın nə olduğunu bilməyən şeyxin vicdanı sızladı,ikibaşlı danışdı .Şeyx onlar sənin qardaşların ola bilər ,bizim yox,sapı özümüzdən olan baltalar dedikdə fars-erməni cütlüyünü nəzərdə tutursan?

Paşazadəyə 2022-11-18 22:49:01

Arxadan atılan daş hara dəyir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol