Menu

"91-ləri EHTİRAMLA YADA SALIRAM..." - Əli İnsanov İlham Əliyevə məktub yazdı

19.11.2022, 16:50
"91-ləri EHTİRAMLA YADA SALIRAM..." - Əli İnsanov İlham Əliyevə məktub yazdı

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu yazıb.

Əli İnsanov məktubunda bildirib:

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına!

Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının lideri, mərhum prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram.

Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu yubley bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm.

Cənab Prezident!

Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz lideri Heydər Əliyevin ruhunu şad etdi.

Cənab Prezident!

Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram”.

Şərhlər

dadaşyev 2022-11-20 16:00:37

Perestroyka zamanı xalqımızın yarısı birdəncə elə bildi ki,hər kəsdən ticarətçi olar,o biri yarısı da birdəncə elə bildi ki,hər kəsdən siyasətçi olar.O üzdən xalqın yarısı Türkiyəyə tok peçi,ütü,qozsındıran aparıb satıb yerinə Bakkuş gətirdi satdı tolkuçkalarda,o biri yarısı da firma açırmış kimi laybalay partiya açdı.Tezliklə Bakkuş satanların çoxu bankrot olub ticarətdən uzaqlaşdı,amma partiya açmaq həvəsi o biri yarısında hələ də qalıb.Bu münasibətlə dünya ədəbiyyatı şedevri ola biləcək bir şer yazmışam,Nobel mükafatı üçün təqdim edilsə məmnun olaram.Məsələ belədir:”Qohum-qardaş,yad da siyasətçidi.Şorsatan arvad da siyasətçidi.Cahil,bisavad da siyasətçidi.Qəhbə Gülsavad da siyasətçidi.Qruzçik Bakportda siyasətçidi.Taksist aeroportda siyasətçidi.Kuryer Baksovetdə siyasətçidi.Şofer Domsovetdə siyasətçidi.Kaftar,donuz,it də siyasətçidi.Aptekçi aptekdə siyasətçidi.Hünü,gənə,bit də siyasətçidi.Şeytan,cin,ifrit də siyasətçidi.Qərəz,hamı bizdə siyasətçidi.Bizdən qaçsa sizdə siyasətçidi.Yatıb çıxsa üzdə siyasətçidi”.Diqqətinizə görə təşəkkürlər.

Soltan 2022-11-20 06:46:13

Əli bəy, Siz özünüzü o Qızıl Fondun üzvü sayırsınız, eləmi? Əli bəy, Siz, əlillərin pulunu ogurlayan, onları ömürlük şikəst qoyan, Türk vətəndaşından utanmadan Göz həkimliyi üzrə 2 aylıq kurs üçün rəsmi 2 min ABŞ dollarından əlavə də xeyli pul istəyən nazir, ösünü Qızıl Fondun üzvü sayır? Əli bəy, deyə bilərsinizmi bəs Zibil Fondun üzvü hansı keyfiyyətə malik olmalıdır? Xalq da bilərdi Qızıl Fond - Əli İnsanov, Zibil Fond ---...

dadaşyev 2022-11-20 01:40:11

A balam,nə var,nə lazımdı?Sən də bir vəzifə qoparmaq istəyirsən?Bəsdi də.Yaşın keçib,səksən olacaq bu gün-sabah,otur evində-eşiyində,hər yaşın öz sevinci var.A balam,nəvə-nəticənin əlindən tutub bulvarda qayğısızca gəzişməkdən zövq ala bilmirsiniz qoca yaşlarınızda?Gərək gözünüz ölənə qədər həmişə kreslolarda,əliniz böyüklər ətəyində olsun?Ay amaaan!Bu nə müdhiş vəzifə hərisliyidi bizim sovetdən qalmış qocalarda!Bu nə kreslo xəstəliyidi Allah Allaaah!Bu nə partiyadı bu yaşda?Nə haqq,nə ədalət partiyası?Evindən çıxan o laybalay,qatbaqat qızıl külçələrə deyirsən haqq-ədalət?Bolşeviklərin boş-boş danışığıyla hökümət qurmaq olmaz.Ay amaan,çəkilib evlərinə getmirlər ee bu başabəla qocalar.Bunların əlindən işsiz cavanlar küçələrdə it döyür.

vətəndaş 2022-11-19 23:08:46

Bu adam simasiz adamadir, baki kuleyi kimi esir... gunde bir sifete girir, insanin neca maskasi olar sifetinde?... cox tehlukeli adamdir, buna lazim olsa hamini ve her sheyi satar oz maragi ucun... Hokumet bu simasizi cox diqqetle izleyir, bunun yeri qobustan hebsxanasidir.

t.ədalət 2022-11-19 20:57:46

Cənab prezident Əli İnsanova vəzifə verənədək belə olacaq.Yoxsa,bu adam rahat yata bilməyəcək.Qoca yaşında da talamaq,oğurlamaq iştahası ilə yaşayır.

İM 2022-11-19 20:54:42

Əliyə bel bağlamaq olmaz ! !

Oğuzlu 2022-11-19 20:13:26

Elə 91-lərin.....hələ dəölkə düzəlmir.Onlardan biri də adı şübhəli olan Hacıbala Abutalıbov idi .

Aslan 2022-11-19 20:11:25

Bu adam bu yaşında nə istəyir? Səhiyyənin ilk atasını yandıran deyilmi?Utanmır?

Nagi 2022-11-19 20:04:52

Hormetli Prezident bu cur ...., yerlibazi yaxin buraxma

Soltan 2022-11-19 18:56:09

Bəs deyirdin Rus qoşunlarını qaytadın Qarabağa, Sən uğusuz siyasətçisə İlham Əliyev və s. Nooldu, bəlkə, Rus qoşunu çıxıb Qarabağdan, bizim xəbərimiz yoxdur? Əli m. 1995-ci ildə Milli Məclisin ilk dəfə Qarabağ əlillərinin (12 nəfərin) müalicəsi üçün ayırdığı 225(250) min ABŞ dollarının yarısıni oğurlamağın yadindamı. Onlar şikəst qaldılar, lakin ermənilər əsasız qayıtmışdılar. Əli m. Fərman Dəmirkolla olan rüşvət məsələsini necə unutmusan? Atalar yaxşı deyib: utanmasan oynamağa nə var ki!!!

Гражданин 2022-11-19 17:59:05

У человека старческое слабоумие, его можно понимат

İsmayıl 2022-11-19 17:19:37

Bunu vaxtında etsəydin əgər illərlə zindanda qalmazdın.

Esger 2022-11-19 17:09:33

Sen chox ..............

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol