PREZİDENT ASLANOVU VƏZİFƏDƏN GÖTÜRDÜ - Dövlət agentliyində külli miqdarda yeyinti iddiaları var

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, elə bu gün AZƏRTAC-da yoxlamaların başladığı haqda məlumat yayılmışdı. "Qlobalinfo.az" saytı xəbər verirdi ki, yoxlamalarla dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

"AzPolitika"

635x100

Şərhlər

Moshu 2022-11-21 14:46:10

Sultanın şərhi çoxlu suallara aydınlıq gətirilməsini gündəmə gətirir. Bəli, bu gün əsas məsələ hansı məmur hansı yekə adamın adamıdır məsələsidir. Bu gün də həmin məmurlar yekə dayılarının sufarişinə müntəzirdirlər, onun tapşırıqlarını gözləyirlər. Bütün biyabırçılığın da məntiqi nəticəsi dövlətin nüfuzuna ziyan vurmaq, adına üzqaralığı gətirir və gələcəkdə gətirəcək də....

Sultan 2022-11-21 10:53:22

Kim açıqlayar? Bəs bu Aslanovu vəzifəyə necə və kimin təklifi ilə təyin ediblər?

Baxış Vəlizadə 2022-11-21 00:22:57

...Belə vəziyyət Azərbaycanı uçuruna aparırr.Təcili nəticə çıxarılmalıdır.....

Moshu 2022-11-20 21:07:19

Hər dəfə məmurların korrupsiya əməlləri ilə bağlı məlumatları, qara paltarlı oğlanların əməliyyatlarından informasiyanı Aslan Aslanov oxucuların diqqətinə çatdırırdı. Adamda elə təəsürat yaranırdı ki, ölkədə bu adamdan saf, əqidəli birisi yoxdur. Azərbaycanda rotasiya deyilən heç bir şey yoxdur. Olanda da Əlinin papağını Vəlinin başına geydirirlər, çox vaxt da Əlinin başı daşa dəyir. Niyə bir-birimizi aldadırıq. Kadr siyasətimiz çox yoxsul vəziyyətdədir. Bizdə İtalyan nepotizmi baş alıb gedir. Əgər analiz aparılsa görərsiniz ki, vəzifədə olanlar hamısı bir-birinin qohum-əqrəbasıdır. Bu qahımlar bütün dövlət qurumlarını özəlləşdiriblər. Elə bilki sindikat yaradılıb, hamı da bir-birinin girovuna çevriliblər. Bu çox qorxulu sindromdur, əziyyəti dövlət, onun vətəndaşları çəkirlər. Bilmirəm bu yeyintilərin analizini kimsə aparırmı? İnanın səmimiyyətimə, bu zıppıltıya ABŞ-ın və Avropa İttifaqının büdcəsi də tab gətirməz. Əgər müvafiq dövlət qurumları bu canilərlə mübarizə aparmaq iqtidarında deyilsə....

Camaat 2022-11-19 23:14:11

Bunların hamısı....Az qalıb .....

Tural 2022-11-19 22:16:53

Aslanla zamanında müxbir işləyənlər onun savadsız, paxıl, və intiriqant biri kimi xarakterizə edirdilər. Aslan Ağcabədidə raykomda təlimatçı işləyərkən özündən 10 yaş böyük olan ikinci katib qadınla Zəridə ilə xəlvətcə Soçidə evlənmişdi. Ona görə rayonda hamı onu ələ salırdı, alçaldırdı. Bu da dişini ağardırdı. Belə şəxsiyətin, savadsız birini gətirib AzərTaca qoyanda hamı dəhşətə gəldi.indi çıxarılıb. Gecdir . Çünki bütün dünyanı havayı gəzdi, dolandı, milyonların sahibidir. Oglu vəzifədə. İnanın sonra vəzifə heç buna lazım deyil, yükdür.

Adil 2022-11-19 22:07:40

Aslan Aslanovun dayısı keçmiş Jdanov rayonunun (indiki Beyləqan rayonu) birinci katibi Vahid İsmayılov rayonda yoxlamalar keçirilərkən özünü asaraq intihar etmişdi....Ramiz Mehtiyev gözlənilmədən bu kənd müxbirinin birdən birə AzərTaca müavin qoydu. Aslanın arvadı Zərdab və İmişlinin birinci katibi işləyib. Özündən 10 yaş böyükdü.

Moshu 2022-11-19 21:42:25

Kimliyindən, xidmətlərindən, hansı partiyaya mənsubiyyətindən və s. və i.a. asılı olmayaraq korrupsiya əməllərində təqsiri olan hər bir kəs məsuliyyətə alınmalı və dövlət büdcəsinə dəymiş ziyan qeyri-rəsmi qaydada bir neçə dəfə artıq büdcəyə qaytarılmalı, toplanan rəqəm Qarabağımızın inkişafına yönəldilməlidir. Bəli, Allahsızlıq edənə qənim kəsilməlidir. Heç vaxt inana bilməzdim ki, Azərtacda yeyinti ola bilər. Korrupsiyada günahlandıran heç bir şəxs bağışlanmamalıdır, hər kəs öz əməlinin bədəlini ödəməlidir. Görünür ki, Prokurorluğun işini Azpolitika görür. Maraqlıdır ki, Hesablama Palatası nə işlə məşğuldur? Saytda gedən hər bir oxşar məlumatlar Prokurorluq tərəfindən araşdırılmalıdır.

köhnə 2022-11-19 21:14:02

BƏLI AQTA DAGIDIR.......

İM 2022-11-19 21:04:30

Bütün nazirliklərdə və dövlət komitələrində dövlət əmlakının mənimsənilməsi hökm sürür. Dövlər büdcəsinin talan olmasının qarşısını almaq üçün aidiyyatı qurumların apardıqları yoxlamalar bərpa olunmalıdır . Qurumlar müftə aylıq əmək haqqılar alırlar, ancaq yoxlama aparmağa səlahiyyətləri çatmır ? Yoxlamalar bərpa olunbmalıdır... Büdcəsnin talan olunması üçün savadsız kadrları Basş mühasib vəzifəsinə təyin edirlər, yeyintinin ilkin başlanğıcı burdan başlayır ? Ondan başqa Vergi qurumu gündəlik nəzarəti gücləndirməlidir...

Roma 2022-11-19 20:48:16

Mən də , məndən əvvəl şərh yazmış Cəvahir xanıma qoşuluram və təkrarlayıram,... "Elə bir dövlət qurumu var ki, ortada yeyinti olmasın? Bəs niyə belədir? Bu məsələ kimi maraqlandrmalı və səbəb aradan necə qaldırılmalıdır." ...Bu nə deməkdir, yəni hamılıqla korrupsiyaya qurşanmışıq??? Hansı qürumu tərpədirsən, yeyinti, dağıtma, korrupsiya və s..Nə səbəbə Vətənimizə, Millətimizə, Dövlətimizə canımız yanmır, ürək yanğısı ilə düzgün işləmirik, Əliəyrilik, oğurluq normaya çevrilib, yəni korrupsiyalaşmışıq...Çox heyiflər...

Cavahir 2022-11-19 20:08:55

Elə bir dövlət qurumu var ki, otada yeyinti olmasın? Bəs niyə belədir? Bu məsələ kimi maraqlandrmalı və səbəb aradan necə qaldırılmalıdır.Elə AQTA-dan başlayın.Palma yağı AZərbaycana niyə gətirilir və sonra necə realizə edilir.Bunu araşdıran olubmu?t

Son yazılar