Menu

Çiskin, duman olacaq - Proqnoz

13.11.2014, 13:31
Çiskin, duman olacaq - Proqnoz

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə bəzi yerlərdə çiskin yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə qədərə şaxta olacaq. Gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol