Menu

Dünyada koronavirusa yoluxanların sayı 638 milyona çatır

20.11.2022, 13:26
Dünyada koronavirusa yoluxanların sayı 638 milyona çatır

Noyabrın 13-də dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 637 milyon 856 min 163 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 620 min 439 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.

Hər 1 milyon nəfərə düşən ölüm səviyyəsi 850 nəfər təşkil edib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol