QƏRBDƏN UKRAYNAYA TƏZYİQLƏR BAŞLAYIB... - Zelenskinin “sağ əli” açıqladı

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Qərbi açıq şəkildə tənqid edib. “Daily Mail” xəbər verir ki, Ukrayna lideri Zelenskinin sağ əli kimi tanınan Podolyak Qərbdən gələn mesajı ictimaiyyətə açıqlayıb.

“Döyüş meydanında təşəbbüskar olsanız da, hər şeyi hərbi yollarla həll edə bilməyəcəksiniz, danışıqlar aparmalısınız” kimi təkliflər almaq bir az qəribədir” - Podolyak deyib.

O, Qərbin Ukraynanı sülh danışıqlarına razı salmaq üçün göstərdiyi “qəribə” cəhdləri pisləyib. Zelenskinin müşaviri əlavə edib ki, bu, torpaqlarını geri alan ölkənin itirən ölkəyə təslim olması demək olacaq.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın son həftələrdə Ukraynaya Rusiya ilə danışıqlar aparması üçün təzyiq göstərdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.

Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.(musavat.com)

635x100

Şərhlər

dadaşyev 2022-11-22 00:54:54

A bala,a Zelenski,yayda sənə dedik ki,sən Qərb tərəfindən oynadılırsan,NATO-ya daxil edəcəyik deyə-deyə qızışdırdılar səni ki,Rusiya Ukraynaya hücum etsin.Elə ki Rusiya hücum etdi,Qərb və bütün dünya Rusiyadan üz döndərdi və Rusiya təkləndi.Bundan sonra köhnə imicini qaytarmaq üçün Rusiyaya azı 40 il lazım gələcək.Qərbə lazım olan da bu idi,çatdı arzusuna.Ona görə də artıq Qərbə müharibənin uzanmasının əhəmiyyəti yoxdur,üstəlik də qaz lazımdı Avropaya,havalar soyuyub,ona görə başlayıblar sənə təzyiq etməyə.Yayda bunu da dedik ki,qış gələnə qədərdi Qərbin dəstəyi,a kişi,sonra qaza görə yumşalacaqlar Rusiya ilə.Sən isə elə bildin Qərb səni də sevir,Ukrayna xalqını da.Qərb heç bir xalqı sevmir.Ancaq özlərini sevirlər və öz rahatlıqlarını.Əgər Qərbin dedikləriylə razılaşmasan pis odur ki,sənin özünü aradan götürəcəklər.Başqa üzüyola birisini oturdacaqlar sənin yerində,həmin o adam da Rusiya ilə barışığa gedəcək.Bütün müharibələr masada sülhlə bitir.

Son yazılar