Menu

Qazaxıstan MSK ilkin nəticəni açıqlayıb

21.11.2022, 10:19
Qazaxıstan MSK ilkin nəticəni açıqlayıb

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin ilkin nəticəsini açıqlayıb.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev səslərin 81.31 faizini toplayıb.

Ona 6 milyon 456 min seçici səs verib.

Jiquli Daybarayev 3.42 faiz, Meyram Kajıken 2.53 faiz, Karakat Abedn 2.6 faiz, Saltanat Tursınbekova 2.12 faiz, Nurlan Auesbayev 2.22 faiz səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol