Menu

“Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi planlaşdırmırıq” - Stoltenberq

21.11.2022, 20:58
“Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi planlaşdırmırıq” - Stoltenberq

NATO yaxın vaxtlarda Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etməyi planlaşdırmır.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO münaqişə tərəfinə çevrilmək istəmir, məhz buna görə hələlik Ukrayna səmasını Rusiyanın raket və təyyarələri üçün bağlamağı düşünmür.

“NATO-nun hələlik Ukrayna səmasında uçuşa qadağa zonası tətbiq etmək planı yoxdur”, - Y.Stoltenberq deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol