Menu

Tehranda bağçalar və ibtidai məktəblər bağlanıb

22.11.2022, 13:50
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıb

İranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, dərslər və təlimlər virtual keçiriləcək.

Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər.

Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol