Menu

Norveç immiqrantları deportasiya edir

13.11.2014, 15:18
Norveç immiqrantları deportasiya edir

Norveç hökuməti ölkədəki qanunsuz immiqrantları deportasiyasını gücləndirib.

Norveç polisinin immiqrasiya xidmətinin yaydığı məlumata görə, təkcə oktyabr ayında 824 nəfər ölkədən deportasiya olunub ki, bu da rekord sayılır. Fins.az-ın “The Lokal”-a istinadən məlumatına görə, sentyabrda 763 nəfər xarici vətəndaş ölkədən çıxarılmışdı.

İdarədən bildiriblər ki, deportasiya edilənlərin sayının çoxalması polisin imkanlarının artması və "prioritetlərin dəyişməsi" ilə bağlıdır. Ümumiyyətlə, Norveç rəhbərliyi 2014-cü il ərzində ümumlikdə 7100 nəfərin deportasiya ediləcəyini ehtimal edir. İndiyədək, ölkədən 5876 nəfər deportasiya edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol