Menu

Dünya bazarında neftin bir barelinin qiyməti 65 dollara enə bilər - JPMorgan

13.11.2014, 15:28
Dünya bazarında neftin bir barelinin qiyməti 65 dollara enə bilər - JPMorgan

“JPMorgan Chase” investisiya bankı dünya bazarında neftin bir barelinin qiymətinin 65 dollara enəcəyini istisna etmir.

Bu barədə “APA-Economics” “İnterfaks” agentliyinə istinadən məlumat verir.

“Dünya iqtisadiyyatında artım tempinin gözlənilənlərdən aşağı olması neft bazarında tələbatın təklifi üstələməsi ilə nəticələnib. Bu isə OPEK-ə üzv olan ölkələr tərəfindən kvotanın azaldılmasına zəmin yaradıb. Lakin, hazırkı vəziyyətdə əsas problem ondan ibarətdir ki, OPEK-ə üzv olan ölkələr noyabr ayında baş tutacaq növbəti iclasda neftin hasilatının azaldılması ilə bağlı ortaq məxrəcə gələ bilməyəcək”, - deyə bankın icmalında bildirilir.

“JPMorgan” analitikləri hesab edir ki, əgər OPEK noyabrda neft hasilatının kvotasını aşağı salınması ilə bağlı qərar qəbul etməsə, qiymətlər bir barelə görə 70 dollara qədər aşağı düşə bilər.

Bankın hesablamalarına görə, 2015-ci ilin yanvar ayında neftin bir bareli 65 dollara qədər enəcək.

Bununla yanaşı, bankın analitikləri hesab edir ki, neftin qiymətinin sürətlə azalması OPEK-ə üzv olan ölkələrin “qara qızıl”ın hasilatını azaltmağa stimul verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol