Menu

“Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq” - Lukaşenko

23.11.2022, 23:46
“Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

“Report” BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.

Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: "Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.

Şərhlər

Tahir 2022-11-23 23:59:24

Lukaşenko yeni Amerika kəşf etdi...Amma demək lazım idi ki, Rusiya çökəcək . Ona görə KTMT- ni tərk etməyə tələsməyin. Həm də deməliyik ki, "Rusiya çökərsə mən nə məhv olacam" Heç kimə heç nə olmayacaq. Luka uğursuz blef YAPıyor.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol