Niderland parlamenti Rusiyanı terrorçuluğun himayədarı kimi tanıyıb

Niderland parlamenti Rusiyanı terrorun himayədarı olan dövlət kimi tanıyıb və onun Ukraynadakı hərəkətlərini terrorizm adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Trouw" portalı məlumat yayıb.

"Nümayəndələr Palatası Ukraynadakı müharibəyə görə Rusiyanı terrorizmin himayədarı kimi tanıyır", - bəyanatda deyilir.

Qərar partiyaların əksəriyyəti tərəfindən dəstəklənib.

Bundan başqa, partiyaların böyük əksəriyyəti hökumətin humanitar, diplomatik və hərbi sahədə Ukraynaya dəstək siyasətini bəyəniblər.

Xatırladaq ki, noyabrın 21-də NATO Parlament Assambleyasının Rusiyanı terrorçu dövlət kimi tanıdığı və onu cəzalandırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb etdiyi barədə məlumat yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar