Ukraynada bütün AES-lər enerji təchizatına çıxışı itirib

Ukraynadakı bütün atom elektrik stansiyaları tarixdə ilk dəfə söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi tviterdə məlumat yayıb.

R.Qrossi qeyd edib ki, Kiyevin nəzarətində olan Zaporojye, Rivne, Xmelnitski və Cənubi Ukrayna AES-ləri xarici enerji təchizatına çıxışını itirib.

Baş direktor əmindir ki, bir neçə ay bundan əvvəl belə görünməmiş vəziyyəti təsəvvür etmək belə mümkün deyildi və bu, ciddi narahatlıq doğurur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar