PREZİDENTDƏN TEHRANA ŞOK MESAJ - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün..." (Yenilənib)

Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı bildirib: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

"Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq” -  deyə, Prezident  İlham Əliyev çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili, sadəcə, məişət səviyyəsində qalır”.


635x100

Şərhlər

dadaşyev 2022-11-25 15:36:29

"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik".Yaşa,var ol,cənab Prezidentim.Bu çox böyük və İrandakı bacı-qardaşlarımız üçün son dərəcə lazımlı sözlərdir!!!İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələn nə varsa etmək boynumuzun bir doğma qardaş-bacı kimi borcumuzdur.Və edəcəyik.Tarix boyunca dədə-babalarımızın atlarının ayaqları altında əzilən həşşaşi fars qor-qoduğunun üzünə tüpürmək vaxtı çatıb artıq.Fars niyə xalq olur yau kardeşim?Bunlar türk dədələrimizin atlarına baxan mehtər olmuşlar,mehtər minillər boyunca.Türk dədələrimiz bunları adam yerinə qoymayıblar,ona görə türkə düşməndirlər.Bunlarda yalnız gözəl-göyçək quşlar olub.Türk dədələrimiz onlara aldanıblar maalesef.Fars quşlarının quşbazı olub dədələrimiz.

Son yazılar