Avropaya yeni köç dalğası - On minlərlə miqrant “köhnə qitəyə” üz tutur

Avropa İttifaqının (Aİ) miqrasiyaya cavabdeh nazirləri bu gün noyabrın 25-də Brüsseldə bir araya gələcəklər. Onlar blok ərazisinə miqrant axınındakı artımı müzakirə edəcəklər.

Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumata görə, bu il İtaliyaya Aralıq dənizi ərazisindən keçməklə 94 mindən çox miqrant üz tutub. Ötən il bu rəqəm 67 mindən yuxarı idi. Xorvatiyaya isə bu il 24 minədək miqrantın getdiyi bildirilir. 2021-ci ildə onların sayı 17 mindən çox idi.

Bu ilin iyununadək Böyük Britaniyaya təmiz miqrasiya rekord həddə – 504 minə çatıb. Özəlliklə qeyri-Aİ ölkələrindən gedənlərin sayının artdığı bildirilir.

Milli Statistika İdarəsinin məlumatına görə, COVID-19 pandemiyasından sonra səyahətin bərpası üstəgəl pandemiya dövründə məsafədən təhsil alan beynəlxalq tələbələrin axını miqrasiya sayını yüksəldib.

Ümumilikdə bu müddət ərzində 1.1 milyon uzunmüddətli immiqrant Britaniyaya gedib ki, bu da bir il öncəylə müqayisədə 435 min nəfər çoxdur.

Beynəlxalq Miqrasiya üzrə ONS Mərkəzinin direktoru Jey Lindop “Reuters”ə deyib ki, bu ilin iyununadək 12 ay ərzində bir sıra beynəlxalq tədbirlər də miqrasiyaya təsirini göstərib: “Ümumilikdə, bu tendensiyalar misilsiz olub”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar