“NAXÇIVAN RƏHBƏRLİYİ BU İSLAHATLARLA BARIŞMALIDIR” - “Buna son verməyin zamanı çoxdan çatıb”

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda apardığı əməliyyatın başlanğıcı DTX Naxçıvan Baş idarəsini yaradanda qoyulmuşdu”.

Bunu “AzPolitika.info”-ya təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın Muxtar Respublikada keçirdiyi əməliyyatları şərh edərkən deyib.

“Müstəqilliyimizdən üzü bəri Naxçıvan Muxtar Respublikasına verilmiş hədsiz səlahiyyətlər Naxçıvanı rəsmi Bakının təsirindən xeyli uzaqlaşdırmışdı. Faktiki olaraq, Naxçıvana getmək naxçıvanlı olmayan Azərbaycan vətəndaşları üçün problemli olub. Naxçıvandakı güc strukturları isə Bakıya hesabat verməkdən yayınırdılar. Mülki qurumlara da bir əlahiddəliyin verilməsi bölgə məmurlarını şişirtmiş və özbaşınalığı hədsiz səviyyəyə çatdırmışdır...Buna son verməyin zamanı çoxdan çatıb  - deyə, İlham İsmayıl qeyd edib.

Ekspert vurğulayıb ki, məlumatlara görə Naxçıvanın idarə edilməsində Bakının rolunun artırılması gündəmdədir və bu istiqamətdə köklü dəyişikliklər gözlənilir.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının nazirliklərinin də birbaşa Bakıda olan nazirliklərə baş idarələr formasında tabe ediləcəyi gözlənilir, o cümlədən rayonların icra hakimiyyətləri də...

“Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ləğvi məqsədəuyğun sayılır. Naxçıvan rəhbərliyi bu islahatlarla barışmalı, yersiz müqavimət və narazılıqlar ifadə etməməlidir”, - İlham İsmayıl əlavə edib.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Köhne. 2022-11-26 23:00:28

BƏLIi Bakiya tabe edilmelidirler.....

Moshu 2022-11-26 18:30:31

Qısa da olsa, özünü dərin siyasi düşüncəyə malik “politoloqlar”ımız çiyinlərində daşıdıqları bilgisayarlarını işə salıb bu məsələ ilə bağlı dəyərli məsləhətlərini verərdilər. Bütün vəzifə düşüncələrini kənara qoyub, barələrində söhbət gedən vəzifəli şəxslərimiz hər şeyi, umuküsünü kənara qoyub Azərbaycanımızın gələcəyini ön plana çəkərək özləri ölkə rəhbərliyinə yardımçı olmalıdırlar, çünki hələ bizim qarşımızda Qarabağ problemi var, bu problem zahirən həll olunub, çətinliyimiz hələ qarşıdadır. Əminəm ki, 200 il bundan sonra düzgün qərar qəbul etdiyimizə görə gələcək nəsillər bizə rəhmət oxuyacaqlar. Əminəm ki, ölkə rəhbərliyinin həll edəcəyi addım çox düzgün, ağıllı addımdır, uzaqgörən siyasətdir. Şərh yazan soydaşlarıma xahişim ondan ibarətdir ki, belə taleyüklü məsələlərdə lağlağı, atmacalı deyil, normal fikirlərini bildirsinlər. Bu qədər.

t.ədalət 2022-11-26 14:42:32

Atatürk prospektinin "zivella" firma mağazasının arxasında Vasoya məxsus yüz milyon dollarlıq böyük bir villa var.Xeyli ərazi zəbt edib.Villanın yaxınlığında avtomobil saxlamaq (parka dincəlməyə gələnlər) Vaso tərəfindən ciddi qadağan olunub.Villasına rahat getmək üçün parkın ortasında özünə dönmə dairəsi saxlayır.

kasıb 2022-11-26 10:47:29

Onlar o qədər buraxma olublar ki indi müqavimət göstərsinlər? ..... Bu ölkədə qanun-qayda kasıblar üçündür 3 dəfə də artıq.

Son yazılar