Menu

Valyuta hərracında bankların dollar tələbi 55% artıb

29.11.2022, 13:56
Valyuta hərracında bankların dollar tələbi 55% artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 65,3 ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (24 noyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 54,7% və ya 23,1 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 42,2 mln. ABŞ dolları təşkil etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol