“Hazırda Naxçıvanda struktur dəyişiklikləri aparılır. Bu, ölkə prezidentinin həyata keçirdiyi, sistemli xarakter daşıyan islahatların tərkib hissəsi olan struktur islahatı kimi dəyərləndirilə bilər".
“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a Naxçıvanda baş verən hadisələri şərh edərkən deyib.
Deputat qeyd edib ki, Naxçıvan MR-da ayrı-ayrı nazirliklər, komitələr, idarələr Azərbaycanın mərkəzi icra strukturlarının tərkib hissəsi kimi yenidən formalaşır: "Bundan sonra da biz cənab prezidentin bu atmış olduğu addımların davamının şahidi olacağıq".
Siyasi şərhçi Şahin Cəfərlinin isə “Azadlıq” radiosuna şərhində bildirib ki, Naxçıvanın mərkəzi hakimiyyətə daha sıx bağlanması istiqamətində addımlar atılır.
Ekspertin fikrincə, yaxın zamanda V.Talıbovun da vəzifədən hansısa şəkildə uzaqlaşdırılması ehtimalı istisna deyil: "Yeni Azərbaycan Partiyasının yubiley tədbirində onun iştirak etməməsi faktiki olaraq onu göstərir ki, Vasif Talıbov artıq Bakıda gözdən düşüb və onun dəyişdirilməsi üzərində iş gedir".

Şərhlər