Menu

DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - VİDEO

29.11.2022, 21:03
DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - VİDEO

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol