MÜDAFİƏ NAZİRLİYİNDƏN RUS SÜLHMƏRAMLILARA ETİRAZ - "Bu, yolverilməzdir və..."

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin açıqlamasına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.

"Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.

Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR", - açıqlamada bildirilir.

Nazirlikdən o da vurğulanıb ki, sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır.

635x100

Şərhlər

dadaşyev 2022-11-30 00:02:23

Etinasız yanaşırlarsa,demək,veclərinə almırlar daha bizi rus murdarməramlıları.İlk gəldiklərində hələ silahları o qədər də deyildi,indi isə bəlli ki bu iki ildə təpədən dırnağa silahlanıblar deyə qudurublar.Elə isə biz daha nə qədər müraciət edəcəyik?Boşuna deyilmi?1988-90-cı illərdə "Dağlıq Qarabağı Xüsusi İdarəetmə Komitəsi" deyə bir donqili komitə yaratmışdı Qorbaçov.Komitənin sədri də Arkadiy Volski.Tamamilə bizə yad,erməniyə doğma idi.Elə məhz o Komitə zamanında ermənilər hər cür silahla silahlandırıldı Qarabağda.Bax indiki rus murdarməramlıları artıq həmin o Komitəyə çevrilməkdədir.Sadəcə,böyüyü Volski yox,Volkovdu.

t.ədalət 2022-11-29 23:55:05

Vəziyyət Rusiyanın Qarabağda əleyhimizə çox böyük bir xəyanət ordusunu yerləşdirdiyini göstərir.Rusiyada təhsil və təlim alan kadrların şıdırğı vəzifələrə yerləşdirilməsi isə ,onu göstərir ki,öz əlimizlə ölkəmizdə Putinə lazım olacaq kadrları irəli çəkirik..

Son yazılar