Menu

Avstriyada OPEC nazirlərinin növbəti görüşü keçiriləcək

30.11.2022, 01:04
Avstriyada OPEC nazirlərinin növbəti görüşü keçiriləcək

Dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və OPEC+ nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, görüş Avropa İttifaqının (Aİ) Rusiya neftinin alınmasına embarqosunun başlamasından bir gün əvvəl baş tutacaq.

OPEC+ nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.

Eyni zamanda, nazirlər hər ay deyil, altı aydan bir görüşməyi qərara alıblar, lakin növbəti görüş dekabrın 4-nə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol