Bakıda sürücü avtomobil ilə qadını vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə noyabrın 29-u saat 06:10 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı
avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub. Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Şərhlər
Sərbəstləşdirilmiş narkotika böyük cinayətlərə gətirib çıxaracaq.Hökumət narkotika istifadəçilərinə sürücülük vəsiqəsinin verilməsini qadağan etməlidir.Hər il məcburi surətdə sürücülər narkotikadan istifadə edib-etməməsi ilə əlaqədar testdən keçməlidirlər.