Menu

İranda "Mossad"ın xeyrinə casusluqda ittiham olunan şəxslər edam ediləcək

30.11.2022, 16:58
İranda "Mossad"ın xeyrinə casusluqda ittiham olunan şəxslər edam ediləcək

İranda “Mossad”a casusluq etməkdə ittiham olunan dörd nəfər edama məhkum olunub.

APA-nın Tehran bürosu xəbər verir ki, edama məhkum olunan şəxslər ötən ilin iyun ayında həbs olunublar.

Həmin şəbəkə üzvləri İsrail kəşfiyyat xidmətinə casusluq etmək, şəxsi və ictimai əmlakı oğurlayıb məhv etmək, insanları oğurlamaq və digər ittihamlarla edama məhkum olunub.

Edam hökmünü Ali Məhkəmə təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol