Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım atıblar.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisində 14 xarici ölkə vətəndaşının keçidi təmin olunub.
Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var.
Mənbə bildirib ki, hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa keçidi təmin olunmuş xaricilərin kimliyi haqda əlavə məlumat veriləcək.

Şərhlər
Bizim dövlet Laçın dehlizine post qoymaqda gecikir.Kimden qorxurlar ?Putinden ?
Putinin dövrü artıq bitmişdir.
Toydan sonra nağaraya nə ehtiyac var. Müstəqil dövlət olaraq sərhədi bağlamaq
Bizə xəbər vermədən,bizim dövlət rüsumumuzu ödəmədən,pasportuna bizim dövlətimizin möhürü vurulmadan Azərbaycanın içinə girə bilirlərsə qayıdanda deyəcəklər ki,biz Dağlıq Qarabağa getmişdik.Azərbaycana yox haa,Dağlıq Qarabağa.Deyərkən haqlı olacaqlarmı?De-yure haqsız olacaqlar,amma de-fakto haqlı.Çünki həqiqətən də pasportlarında Azərbaycan dövlətinin giriş-çıxış möhürü vurulmamış olacaq.Bu da o deməkdir ki,nə qədər ki Laçın dəhlizi açıqdır,bəşəriyyət hesab edəcək ki,Dağlıq Qarabağ deyə bir qurum mövcuddur.Baxmayaraq ki biz onu ləğv eləmişik.