Menu

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb

01.12.2022, 10:19
İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyivanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

“Report” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.

Şərhlər

t.ədalət 2022-12-01 14:30:42

İranda da eyni ilə Ukraynada Putinin törətdiyi cinayətlər törədilir.Bu,onu göstərir ki, İranın da təlimatçıları Rusiyadan gələn cəlladlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol