Menu

“Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik...” – Adil Əliyev

01.12.2022, 13:00
“Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik...” – Adil Əliyev

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bir neçə gün əvvəl Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı idmançı Tural Rüstəmovun öldürülməsi haqda paylaşım edib.

Vitse-spiker öz “Facebook” hesabında bununla bağlı yazıb: “Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik. Fiziki cəhətdən sağlam gənclər yetişdirməklə bərabər, idmançılarımızın təlim-tərbiyəsi, onlara dəyərlərimizin aşılanması, eləcə də yüksək intellektə malik olması üçün hər birimiz tam gücümüzlə səy göstəririk. Təəssüf ki, Şağan Olimpiya İdman Kompleksində Tural Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verdi. Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turala rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcəkdir.”

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol