İranın cənubundakı Sistan və Baluçistan vilayətinin sünni dini liderləri video müraciət yayaraq İslam Respublikasının hakimiyyətini etirazlara zorakılıqla divan tutulmasını dayandırmağa çağırıb.
Videoda deyilir ki, Xaş, Taftan və Mircavə şəhərlərinin sünni ruhaniləri vilayət ağsaqqalları və mədəniyyət xadimlərinin mövqeyini bölüşür, Zahedan və Xaşda Qanlı Cümə repressiyasını pisləyərək milli həmrəylik bildirir.
Xatırladaq ki, sentyabrın 30-da cənub-şərqi Zahedan şəhərində “Qanlı Cümə” qırğınında 100-dək insanın öldürüldüyü, yüzlərlə etirazçının xəsarət aldığı bildirilir. Etirazlara 22 yaşlı Məhsa Əmininin polisdə vəfatı səbəb olub. Onun hicabı guya düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanan zaman döyüldüyü deyilir. Bundan başqa Zahedanda 15 yaşlı qızın yerli polis rəisi tərəfindən zorlanması iddialarının da etirazların qızışmasında rolu olub. Zorakılıq zamanı azı 96 etirazçının öldürüldüyü, 300-dən çoxunun yaralandığı xəbər verilir.
Bu ayın əvvəlində İranın sünni əhalisinin lideri sayılan Molavi Abdulhamid deyib ki, Zahedanda etirazçıların öldürülməsinə görə aparıcı rəsmilər, o cümlədən Ali dini lider Ayətullah Əli Xameneyi məsuliyyət daşıyır. O, siyasəti xalqın arzusuna uyğun dəyişdirmək üçün beynəlxalq müşahidəçilərin iştirakıyla dərhal referendum keçirməyə çağırmışdı.
Müstəqil mənbələr indiyədək azı 445 etirazçının, o cümlədən 61 azyaşlının öldürüldüyünü bildirir.
“AzPolitika.info”


Şərhlər
Eger bu “ mollalar”ın başda olan Xomeneyinin 1%- de olsa insaf ve vicdanı qalıbsa onlar etdikleri bu Allahsız hereketlere göre mütleq istefa vermelidirler .Axı bunlar Allah,Din “ adamları ruhanilerdir” ve bilmemiş deyiller ki , bir canlını mehv etmek o canlını Yaradana qarçı çıxmaqdır.İstefa vermek ise insandan kişilik teleb edir ki o da tebii ki, bunlarda oka bilmez yeni yoxdur,çünki kişi olan kes öz milletine qenim kesilmez.