YAZIÇI VƏ YOXSULLUQ... – Soyuqdan üşüyən Əlisa Nicatın evindən görüntülər...

“Əlisa Nicatdan soruşuram, qalın geyinmisən, çox üşüyürsən? Deyir, ev soyuqdur.

- Bəs qaz gəlmir?

- Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm”.

Tanınmış naşir, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun “Feysbuk” səhifəsində paylaşdığı bu qısa dialoq sosial şəbəkələrdə trendə çevrilib. O, 100-dən çox kitabın müəllifi olan 87 yaşlı yazıçının fotolarını da səhifəsinə əlavə edib. Bir-birinin üstündən geyindiyi nimdaş paltarlar Əlisa Nicatın çətinliklər içində keçən həyatından xəbər versə də, dik duruşunu, gücünü itirməmiş vücudunu, sınmamış ləyaqətini, həm də üzündəki təbəssümü kölgələyə bilməmişdi...


Bu gün Şahbaz Xuduoğlu və “Əli və Nino” Nəşriyyatının direktoru Nigar Köçərli Əlisa Nicatı evində ziyarət edib, tanınmış yazıçının ağır həyatını göstərən fotoları və videoları sosial şəbəkələrdə paylaşıblar. Yazıçının məskunlaşdığı yarımtikilidə şərait bərbaddır, istilik sistemi yoxdur, o, kitablarla dolu otaqda qış paltarında oturur.

Xuduoğlu bildirib ki, Ə.Nicatın evinə ustalarla birgə gəlib, onlar istilik sistemini layihələndirib quraşdıracaqlar.

Nigar Köçərli sosial şəbəkə üzərindən ictimaiyyətə müraciət edərək yazıçıya maddi dəstək olmağa çağırıb.

Əlisa Nicata dəstək olmaq istəyənlər “Kapital Bank” kartına vəsait köçürə bilərlər: 

6768 6771 7676 6289 

Əlisa Hüseynov.

“AzPolitika.info”



635x100

Şərhlər

dadaşyev 2022-12-02 09:56:46

Qocaman yazıçımızın eviylə hərhansı gənc bir müğənninin və ya göbəkrəqsi oynayan gözəlin evini müqayisə edin,cəmiyyətin kimləri sığallayıb tumarladığını görəcəksiniz.Cəmiyyətin düşünməyə yox,yeyib içib şıllaq atmağa meylli olduğunu görəcəksiniz.Yazıçı pis yaşayırsa bundan o yox,cəmiyyət xəcalət çəkməlidir,çünki hər hansı cəmiyyətdə yazıçının yaşayışı o cəmiyyətin sözə verdiyi qiymətin göstəricisidir.

Camaat 2022-12-02 09:44:31

Budur Azərbaycan reallığı ,Ayıb olsun sizə ay yazıçılar birliyi,ay bozbaş anar və ətrafı.

dadaşyev 2022-12-01 18:53:46

Nigar xanım və Şahbaz Xuduoğlu Azərbaycanda kabinet yazıçılarından başqa bütün yazıçıların necə acınacaqlı durumda olduqlarını,buna baxmayaraq yazıb yaratdıqlarını gözəl bilən əsl adamlardır.Halal olsun ikisinə də.Bəs o qalstuklu,troyka kostyumlu,pambıq kimi ağappaq sifətli tərif yazıçıları haradadır?400 min manat qurultaya verə bilirlər,amma yaşı doxsanı haqlayan yazıçıya kömək eləməyi düşünmürlər?Bu nə laqeydlikdi?Ayıb deyilmi?Çingiz Abdullayevin təbirincə desək,utanmırlar,ölmürlər?

Son yazılar