“ONU İŞDƏN ÇIXARMAQ YOX, HƏBS ETMƏK LAZIMDIR!” – Deputatdan Vasif Talıbovla bağlı ŞOK çağırış

Bu gün "TV Müsavat"ın efirində, aparıcı Sevinc Telmanqızının "Canlı debat" verilişinə telefon bağlantısı ilə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvan olayları ilə bağlı danışıb.

“AzPolitika.info” xəbər verir ki, V.Əhmədov dövlət qurumlarında baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib: "Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması... Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

V.Əhmədov V.Talıbovla bağlı sərt tədbirlər görməyə çağırıb: “Onu işdən çıxarmaq yox, həbs etmək və oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır. Böyük maliyyədən söhbət gedir. Bu, bizim müstəqilliyimizə təhdiddir".

Açıqlamanın davamını aşağıdakı videoda izləyə bilərsiz:

635x100

Şərhlər

Veteran 2022-12-02 09:37:20

Bəziləri belələrinə erməni deyirlər,amma PKK ilə əlaqəli kürd deməyə qorxurlar.Açıq demək lazımdır cənablar.Bunlar yadellidirlər. Bizdən deyillər. Antimilli ünsürdürlər .

Vahid Axundiva 2022-12-01 20:00:47

Vahid müəllim doğru deyir.Onun oğurıadıqları,mənimsədikləri dövlətə qaytarılmalıdır..Ancaq qaytarılacaqmı? Hanı Ziya Məmmədovun,Fazil Məmmədovun,Haşıbalanın,Qaralovun.İbrahimovlarınr və digərlərinin oğurladıqlar milyonlar.milyardlar?.Büdcəyəmi daxil oldu?Kim bu barədə məlumat verdi?

qaraguruh 2022-12-01 19:37:24

önəmsiz gördüyün kimse yok--önəmini itirənlər varmış sadəcə

qaraguruh 2022-12-01 19:35:15

unutduğun kimse yox--silinib giden dəyərlər varmış

qaraguruh 2022-12-01 19:32:45

Siyasətə katlmak isməmənin cəzası sizden aşağılık kimsələr tərəfindən yönəltilmənizdir

dadaşyev 2022-12-01 18:45:47

Vahid Əhmədov çox hörmət etdiyim tək-tük deputatlardandı,çünki həmişə doğrusunu deyir.Naxçıvandakı əcaib yeyintilərin başında olan adam Naxçıvanın böyüyüdür təbii ki.Onu ilk növbədə sorğulamaq lazımdı.Hansı xarici ölkəyə xidmət etdiyi də aydınlaşdırılmalıdır.Çünki Azərbaycana xidmət edən məmur Azərbaycan dövlətini bunca insafsızca çapıb talamazdı.

Niyaz 2022-12-01 17:14:25

BIĞLARI OCALANIN BIĞLARINA OXŞAYIR.

Kamil 2022-12-01 17:12:59

Biz bir millət kimi özümüz özümüzə sahib çıxa bilmirik ona görə də bu gündəyik,ya anası ermənilər ya da ki kimlərsə bizə bu divanı tuturlar

kasıb 2022-12-01 17:07:43

Millət ac,şərəfsizlər ölkəni xalqın var-dövlətini oğurlayıblar. Bunlar bu millətdən deyillər. Heç bir şərəfsiz öz millətinə belə əzazil namərdlik etməz. Bunlar bu millətin ermənidən də pis düşmənləridirlər.

Baba 2022-12-01 17:00:49

Millətin xalqın 100-lərlə milyardını talayıb. Naxcıvanda Gestapo rejimi qurub,....İndi də onu həbs etməyəcəklər. 1-2 nəfət 5-10 manatı oklanı basacaqlar içəri ....

Azərbaycanlı 2022-12-01 16:52:33

Millətə az atanları hıbs edirlər. Çox atanların başını sığallayıb deyirlər yaxşı edib bu millətə atmısan, Bu millət atılmalı millətdir,daha çox atın-talayın daşıyın afşorlara.

Son yazılar