Menu

Kirayə mənzillərə dair sahə mülkiyyətçisinin hüquqları müəyyənləşir

01.12.2022, 18:01
Kirayə mənzillərə dair sahə mülkiyyətçisinin hüquqları müəyyənləşir

Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərə dair sahə mülkiyyətçisinin hüquqları müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol