"Ümumiyyətlə, pul işlərinə baxmırıq"
Çətin vəziyyətdə olan yazıçılarımız özləri bizə müraciət etmir. AYB üzvü olan 2800-ə yaxın şair, yazıçı var.
Bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.
Çingiz Abdullayev bildirib ki, AYB-də cəmi 3 katib var.
“Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq”, - AYB katibi vurğulayıb.
Əlisa Nicatın kitablarının geniş auditoriyaya çatdırılmasına dəstək göstərilməsi məsələsinə gəlincə isə Çingiz Abdullayev qeyd edib ki, onlar kitabların satışı və nəşr olunması işinə baxmırlar: “Biz onun yaradıcılığı ilə bağlı müzakirələr apara, müvafiq yerlərə məktub yaza bilərik. Ümumiyyətlə, pul işlərinə baxmırıq. Azərbaycan Yazıçılar Birliyinin özünün təqaüdü bir-iki aylıq olur, amma biz Əlisa Nicata 1 illik məbləğ vermək istəyirik. Qərar qəbul olunub. Kömək edəcəyik. Yoxlaya bilərsiniz”.
Qeyd edək ki, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Əlisa Nicata maliyyə yardımı edəcək: "İndiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək".
Xatırladaq ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.


Şərhlər
Amma Cingözün kitablarını nəinki çap etməyə, əlavə olaraq tərcüməsinə də vəsait tapılır.
Ayıbdı a kişi."Pul işinə baxmırıq,kitabların satışı,nəşr olunması işinə baxmırıq".Baxmasaydınız donqili qurultaya 400 min manat xərclənməzdi,deyərdiniz kim seçilir seçilsin,onsuz da nə pul işi var,nə kitab satışına baxırıq,nə çapına.Bəs bəzilərinin dandıq şerlərini,məsəla, italyan dilinə tərcümə etmək,İtaliyada şerlər kitabı çap etdirib itlayan müğənnilərinə o şerlər əsasında mahnılar oxutdurmaq tipindən olan işlərə kim baxır?Ümumiyyətlə,sənin danışığın yazıçı danışığına yox,”get kimə istəyirsən şikayət elə” deyən harın məmurların danışığına oxşayır.Yazıçı belə danışmaz millətlə.Bu nə danışıq tərzidir?Nə haqla millətlə yuxarıdan danışırsan?Kim dedi ki,Anar bir-bir evləri gəzməlidir?Yazıçılar İttifaqının borcu deyilsə hər yazıçının halıyla maraqlanmaq,onda hansı ittifaqın işidir və ya bu Yazıçılar İttifaqının işi nədən ibarətdir?2800-ə yaxın üzvün nə işi var o ittifaqda?Tərifləmək işini ittifaqa üzv olmadan evdən internetlə də etmək olmazmı?
Bilmirəm sərh yazmaqda həçmə görə məhdudiyyət varmı? Üç dəfə yazmışam pozulub
Anarın 84 yaşı varsa,işləyə bilmirsə getsin otursun nəvələrini oynatsın. Qoy gənc nəsil gəlsin işləsin.
Görəsən bu Yazıçılar ittifaqının Həmkarlar ittifaqı zadı yoxdur?
Bu adam nə boyda hörmət qazanmışdı. Zad elədi içinə. Getgedə də tapdalayır lap zad eliyir...
Cingiz deyilən rus nökəri sən çoooox harınlamısan.Az qalıb sizin kimilərin ..........
2800 dediyiniz çızma -qara yazanların 99.9 % yaltaq və bolşevik rejimnin kiflənmiş qalıqlarıdır.
84 yaşında bu qədər QINAGA tüpürüb abır həya etməyib vəzifəni onlardan üstün tutan Anar əlbətdə evləri gəzmək lazımdırsa 84 yaşı gözlərə soxması bir ayrı Anarlıqdır. Kim ona deyir ki evləri gəzsin. Heç olmasa Anar heç olmasa ahıl yaşında azından çıxanla.... bir fərq qoysun. Anarın belə münasibətinə də belə cavab verməli oldugumu fərqindəyəm.