Menu

Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqlayıb

02.12.2022, 01:02
Kiyev Ukraynanın hərbi itkilərinin sayını açıqlayıb

Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, - M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol