Menu

"Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır" - Sahibə Qafarova

02.12.2022, 11:18
"Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır" - Sahibə Qafarova

"Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla, ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir: “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol