Menu

Moskva Əsəd-Ərdoğan görüşünün təşkili üzərində iş aparır

02.12.2022, 12:57
Moskva Əsəd-Ərdoğan görüşünün təşkili üzərində iş aparır

Moskva Suriya və Türkiyə prezidentləri arasında Rusiyada görüş təşkil etmək üzərində işləyir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Onun sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü həmişə mövcuddur və Moskva bunu dəstəkləyir.

"Bir daha deyirəm, Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və biz bu istiqamətdə işləyirik", - Lavrentyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Şərhlər

Mubariz 2022-12-02 13:26:59

Fars iti olanlar yenə köpəkliyini davam etdirir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol