“BUNUN AYRICA VƏ DAHA AĞIR CƏZASI OLMALIDIR...” – “Aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir”

“Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir. Bu fikirlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 99-cu kitabında yer alır. Bütün bunlar dövlət özəl tərəfdaşlığının səmərəli qurulması üçün təməl prinsiplərdir”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev Milli Məclisdəki müzakirələrdə dilə gətirib. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bütün çıxışlarında ölkəmizin inkişafına mane olan hərəkətləri açıq şəkildə pisləyir və çox hallarda cavabdeh şəxslərə məmurlara ciddi xəbərdarlıq edir: “Əlbəttə ki, tapşırıqlardan nəticə çıxaranlar olur. Nəticə çıxarmayanları isə öz əməlləri cəzalandırır. Ölkəmiz zəfərimizlə nəticələnən ağır müharibədən çıxdı. Xalqın Prezidentin ətrafında möhtəşəm birliyini gördük. “Beşinci kolon”un mənfur nümayəndələri hesab edirdilər ki, ölkə iqtisadiyyatı müharibənin ağır xərclərinə dözməyəcək. Yanıldılar. Bəlli oldu ki, ölkədə aparılan iqtisadi siyasət düzgündür. Bu adamlar neftin qiyməti düşəndə toy bayram edirlər”.

Deputat qeyd etdi ki, şəffaflıq idarəetmənin güclü olduğunu göstərən əsas amildir: “Maksimum şəfafflıq, minimum korrupsiya və büdcə oğurluğu deməkdir və bir də var ayrılan dotasiyanı oğurlamaq. Bu, sırf Naxçıvan modelidir.

Prezident İlham Əliyev bir neçə il bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini qəbul edərkən söylədi ki, “Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək, 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır. Muxtar Respublikanın büdcəsinin qalan hissəsi - 300 milyon manatı Bakıdan dotasiya olunur. Sonrakı illərdə dotasiya bir xeyli artırıldı”.

Prezident qəbul zamanı Vasif Talıbova tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır. Ancaq nə baş verdi; son iki epizod üzrə aşkarlanan korrupsiya Naxçıvanın büdcəsinin yarısından çoxunu təşkil edir. Zəfərdən əvvəl və sonra ölkəmizdə aparılan islahatlardan hansısa region kənarda qala bilməz. Və bu gün Naxçıvanda aparılan struktur maliyyə və iqtisadi islahatlar alimlər, yazıçılar və deputatlar tərəfindən birmənalı olaraq dəstəklənməlidir. Burada susqunluq itirilmiş zamanın bölgəyə vurduğu ağır nəticələrə bəraət qazandırmaq deməkdir. 

Bəs demoqrafik vəziyyət? Bu bir qədər gec sağalan yaradır. Düşünürəm ki, bunun nizama salınması çox böyük vaxt tələb edir. Bunun da ayrıca və daha ağır cəzası olmalıdır”.

"AzPolitika"

635x100

Şərhlər

Eli 2022-12-02 19:02:20

.Eger Naxçıvana rehberlik edenler az da olsa xalqını milletini seven bir şexs olsa,iqtisadiyyatı müasir teleblere uyğyn qurulsa,özel sektor azad reqabet şeraitinde fealiyyet gösterse dünyanın ekser ölkeleri bura investisiya tatırar daha ordan qaçmazlar.Inda Naxçıvan Azerbaycandan dotadiya almaz hem özünü dolandırar hem de ölke büdcesşne külli mlqdaeda vesait köçürer.

Eli 2022-12-02 17:50:44

Allah yer küresini yaradanda insanların yaşayışı üçün verdiyi yeraltı yerğstü servetlerden Azerbaycan ,xüsusen Naxçıvan toroağı üçğn heç ne esirgemeyib.Bu torpaqlarda urandan tutmuş quzıla kimi var .İqtisadiyyatın gansı sahesine sermaye qoyursan qoy evezini on qat yüz qat artıqlaması ile götüreceksen.Bu bütün sahelere aiddir.İster iqtisadiyyatın aparıcı sahesi olan senaye olsun,ister kend teserrğfatı,ister emal , ister tikinti materialkarı sahedi ve diger saheler ferq etmez.

Eli 2022-12-02 16:15:43

Uca Allah Azerbaycan torpağına xüsusen Naxçıvana yer küresinde insanların istifadesi üçün verdiyi var dövletin,nemetlerin heç birini esşrgemeyib .Naxçıvan MR-da esasen Ordubad -Culfa-Şerur sonasında yrandan tutmuş quzıl kimi zengin yataqlar var.Men hele turizm,kururtologşta üçün olan şdeal şeraiti demirem.

Son yazılar