Bir gecəyə Əlisa Nicat üçün 7 min manat toplandı! - Aylıq maaş təklif edənlər var

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun şəraitsiz vəziyyətdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımından sonra sosial şəbəkə istifadəçiləri yardım kampaniyasına qoşulub.

Artıq 6987 manat toplanılıb.

Xatırladaq ki, iki gün əvvəl naşir onunla söhbətini və fotolarını sosial şəbəkədə paylaşmışdı. Yazıçının nimdaş geyimi, evini isitməyə maddi gücünün yetmədiyi barədə söylədikləri geniş rezonans doğurmuşdu.

Ş.Xuduoğlu bildirir ki, Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu: “Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir. Mən bir anlıq qanadlandım”.

Naşir əlavə edir ki, dünən və bu gün yardımlar davam etdi. O vurğulayıb ki, yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc sayır: “İrşad Elektronics” şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından, “Baku Electronics”dən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.

Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.

"Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm.

Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur”.

Şahbaz Xuduoğlu qeyd edir ki, insanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıblar. 

“Həm yardım, həm də təşəkkür edirlər. Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum; bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”, - o vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Əyyar 2022-12-03 11:00:57

Halal olsun Rüstəmxanlı qardaşlarına! Onlar həmişə qeyrət mövqeyindən çıxış ediblər! Qurultayda yeganə çıxış kimi Sabir müəllimin məruzəsi öz ləyaqəti və möhtəşəmliyi ilə seçildi, sevildi, tərifləndi! Bu gün də Şahbaz bəy vicdanlı bir ziyalı kimi çıxdı ortaya və kasıblıq içində ömür sürən, MEA-nın fəxri fəlsəfə elmlər doktoru (müdafiə etmədən) seçilmiş bir yazıçımızın həyat tərzini bizə çatdırdı.

Veteran 2022-12-02 23:48:47

Şahbaz bəy siz çox böyük və xeyirxah iş gördünüz.

dadaşyev 2022-12-02 22:25:02

Əlisa Nicat kimi əsl yazıçıya qiymət verilməməyi məni təəccübləndirmədi,türklər demiş hiç şaşırmadım kardeşim.Əksinə,qiymət versəydilər təəccüblənərdim.Bu qocaman və qeyri-məddah yazıçının sıxıntılı həyatına nə qədər üzülsəm də ona layiq olduğu həyatı vermək istəməyən bivec,cahil,qaragüruh toplumun halına daha çox üzüldüm vallah.Küçədə,avtobusda,metroda əlində kitab,qəzet,jurnal tutmaqdan utanan toplumun halına üzüldüm.Birisini kitab oxuyan görəndə ilk ingilis qatarına vəhşi Hindistan öküzünün baxdığı kimi baxan toplumun halına üzüldüm.Nə günə düşmüşük adə biz? Var olsun millətin sözə dəyər verən övladları.Bu qoca yaşlarında bu ahıl söz ustadını yalnız buraxmadılar.Nigar xanımla Şahbaz müəllimə eşq olsun!Əlisa müəllim,yoldaş dadaşyevdən Sizə məxsusi salamlar!Gənclik illərimdən kitablarınızı çox oxumuşam.Bilirsinizmi nə yadıma düşdü?Rəsulillahı Məkkə dövründə çox lağa qoyurdular,təhqir edirdilər,o isə cahillərin eşşəkliyini görəndə Allaha deyirdi ki,"Ya Rəbbim,sən bunları bağışla,bunlar nə etdiklərini qanmırlar".Çox böyük sözlərdir,mənası ümmanlara sığmaz.Arif olanlara təbii ki.

Eli 2022-12-02 16:43:53

Menim qeyretli milletim öz yazıçı oğluna sahib çıxmalı idi çıxdı da.Allah Xuduoğlu başda olmaqla kömek edenlerin hamusına kömek olsun.Amin.

Son yazılar