Menu

Mirbağır İsayev üç aylıq futboldan uzaqlaşdırıldı

02.12.2022, 18:44
Mirbağır İsayev üç aylıq futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsi “Səbail” klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb. AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında “Turan Tovuz”la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. “Dənizçilər”ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.

Şərhlər

dadaşyev 2022-12-03 10:54:26

Mircəfər Bağırov üç aylıq futboldan uzaqlaşdırıldı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol