Menu

Sərkisyan Ağdamda vurulmuş vertolyota yaxınlaşmaq yollarını müzakirə edib

13.11.2014, 20:32
Sərkisyan Ağdamda vurulmuş vertolyota yaxınlaşmaq yollarını müzakirə edib

Ermənistan prezidenti Serj Sərkisyan təmas xəttinin Ağdam istiqamətində vurulmuş Mi-24 vertolyotunun qalıqlarına yaxınlaşmaq məsələsini bu gün Xankəndində keçirdiyi müşavirədə müzakirə edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Mediamaks” agentliyinə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan bildirib.

“Vurulmuş vertolyot tərəflərin mövqeləri arasında yerləşir və hələlik onun qalıqlarına yaxınlaşmaq, heyət üzvlərinin taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Bu gün məsələ Ermənistan prezidentinin iştirakı ilə müzakirə edilib”- deyə Ovanisyan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol